YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Partiya veteranının yubileyi qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və rayon təşkilatının nümayəndələri partiya veteranı İman Almuradovun 80 illik yubileyi münasibətilə onu evində ziyarət ediblər.

Rayon təşkilatının sədri İman Almuradovu yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və işlərində uğurlar arzulayıb.

Göstərilən diqqətə və qayğıya görə təşəkkürünü bildirən partiya veteranı Heydər Əliyev ideyalarına daim sadiq olduğunu diqqətə çatdırıb.