YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəsimi rayonunda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib

Nəsimi rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının aparatı, Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) məsul əməkdaşları və rayonun orta təhsil müəssisələrinin işçiləri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyublar.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib və Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov müəllimləri təbrik edib, onlara can sağlığı, fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, bu gün yalnız peşə bayramı deyil, həm də xalqımızın ən dəyərli sərvətlərindən biri olan müəllimlərə dərin hörmət və ehtiramın təntənəsidir.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının müavini Zahid Xəlilov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər respublikamızda tikilən və əsaslı təmir olunan məktəbləri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımları xüsusi vurğulayıb. 

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin direktoru, əməkdar müəllimlər Sevinc Budaqova və Sevda Quliyeva bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin hələ ötən əsrin 70-ci illərində əsasını qoyduğu təhsil strategiyası ölkəmizdə milli köklərə bağlı, yeni təfəkkürlü və təhsilli gənc kadrların yetişdirilməsinə hesablanmışdı.

Tədbirdə çıxış edən təhsil işçiləri bu sahəyə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən təhsil işçilərinə hədiyyələr təqdim olunub.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.