YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Milli intibahdan müstəqilliyə: Azərbaycanın böyük inkişaf yolunun başlanğıcı”

Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan şəhər təşkilatında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycana ilk dəfə siyasi rəhbərliyə başlamasının 57-ci ildönümünə həsr olunmuş “Milli intibahdan müstəqilliyə: Azərbaycanın böyük inkişaf yolunun başlanğıcı” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli bildirib ki, 14 iyul 1969-cu il Azərbaycan tarixində mühüm dönüş nöqtəsidir. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə sənaye, kənd təsərrüfatı, elm, təhsil və sosial sahələrdə genişmiqyaslı islahatlar həyata keçirilib, Azərbaycanın gələcək müstəqil inkişafı üçün möhkəm iqtisadi və intellektual baza formalaşdırılıb. Bildirilib ki, 1993-cü ildə Ümummilli Liderin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı dövlətçiliyimizin möhkəmləndirilməsi və müstəqilliyimizin əbədiləşdirilməsi istiqamətində yeni mərhələnin əsasını qoyub.

Vurğulanıb ki, bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan bu gün regionun aparıcı dövlətlərindən biri kimi beynəlxalq nüfuzunu daha da gücləndirir.

Naxçıvan Dövlət Universitetinin dosenti Akif Əliyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu kimi ölkəmizin inkişafında müstəsna xidmətlər göstərib. O bildirib ki, 1993-cü ildə ölkənin üzləşdiyi ağır siyasi böhranın aradan qaldırılması, dövlət müstəqilliyinin qorunması və davamlı inkişafın təmin edilməsi məhz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində mümkün olub.

Partiya fəalı, Naxçıvan şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Həmidə Qoçəliyeva isə çıxışında Ümummilli Liderin hüquqi dövlət quruculuğu, insan hüquqlarının müdafiəsi, demokratik institutların inkişafı və iqtisadi islahatlar sahəsində həyata keçirdiyi mühüm tədbirlərdən bəhs edib. Qeyd olunub ki, Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası və dövlətçilik prinsipləri bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və Azərbaycanın hərtərəfli inkişafına xidmət edir.