YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“14 İyul - Müstəqil və Qüdrətli Azərbaycan Dövlətinin təməlinin qoyulduğu gün”

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümünə həsr olunmuş “14 İyul - Müstəqil və Qüdrətli Azərbaycan Dövlətinin təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Veteranlar Şurasının üzvləri Əli Həsənov, Şahlar Əsgərov və Misir Mərdanov, Kənd Təsərrüfatı Nazirinin müavini Zaur Əliyev, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Pənahov, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov, Milli Məclisin VI çağırış deputatı Elnur Allahverdiyev, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, YAP Yasamal rayon təşkilatının, Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri, gənclər iştirak ediblər.

Əvvəlcə iştirakçılar YAP Yasamal rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri düzüblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Veteranlar Şurasının üzvləri Əli Həsənov və Şahlar Əsgərov çıxış edərək 14 iyul 1969-cu ilin Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olduğunu vurğulayaraq bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə genişmiqyaslı islahatlar həyata keçirilib, sənaye, elm, təhsil və digər sahələrdə mühüm nailiyyətlər əldə olunub, gələcək müstəqil Azərbaycan dövlətinin iqtisadi, intellektual və idarəçilik təməlləri formalaşdırılıb.

Çıxışlarda həmçinin qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası və milli inkişaf modeli bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması, ölkənin dinamik inkişafı və beynəlxalq nüfuzunun yüksəlməsi bu siyasətin uğurlu nəticələri kimi dəyərləndirilib.

Sonra fəal partiya üzvlərinə fəxri fərman və hədiyyələr təqdim olunub, Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri verilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.