YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdədə Dövlət Suverenliyi Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı 20 sentyabr – Dövlət Suverenliyi Gününə həsr edilmiş tədbir keçirib.

Əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya giriş nitqi ilə çıxış edərək tədbir iştirakçılarını Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. O bildirib ki, dövlət suverenliyinin bərpası müstəqillik tariximizin ən böyük qələbələrindən biridir: “Bu tarixi nailiyyətin əsasında Ulu Öndər Heydər Əliyevin parlaq ideyaları dayanır. Prezident, Ali Baş Komandan İlham Əliyev xalq-iqtidar-ordu birliyinə söykənərək Vətən müharibəsində və antiterror tədbirlərində qazanılan Zəfəri diplomatik müstəvidə möhkəmləndirib və ölkəmizin suverenliyinin əbədiliyinə sarsılmaz zəmin yaradıb”.

Antiterror tədbirləri zamanı şəhid olmuş Mehdizadə Mirpaşanın anası Maral İsmayılova və atası Yaqub Mehdiyev, həmçinin YAP fəalları – Vətən müharibəsi şəhidi Elməddin Hüseynzadənin anası Arzu Hüseynova, rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, QRTİ Bərdə sektorunun müdiri Qurban Məmmədov, Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov, QMİ Bərdə nümayəndəliyinin rəhbəri Fərid Hacıyev, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xosrov Musayev, Bərdə ASAN Xidmət Mərkəzinin şöbə müdiri Şamxal Yaqubov dövlət suverenliyinə gedən yolun çətinliklərindən söz açıb, bugünkü tarixi günün əhəmiyyətini xüsusi vurğulayıblar.

Sonra YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri, yubilyar veteranlara və bir qrup ərazi partiya təşkilatı sədrinə isə fəxri fərmanlar və hədiyyələr təqdim edilib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb və iştirakçılar xatirə şəkli çəkdiriblər.