Xəbərlər
YAP Nəsimi rayon təşkilatı hesabat-seçki yığıncağı keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı “Hacı Murad və Aşıq Molla Cümə küçələrinin kəsişməsi” ünvanı üzrə (11 saylı xüsusi təhsil məktəbi) hesabat-seçki yığıncağı keçirib.
Hesabat-seçki yığıncağında çıxış edən YAP Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahov bildirib ki, Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə Azərbaycan xalqının mənafelərinə xidmət etmək və ölkəmizin qarşısında duran bütün məsələlərin həlli üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranıb.
11 saylı xüsusi təhsil məktəbinin direktoru Şahzadə Əlövsəd qızı İsgəndərova qeyd edib ki, YAP demək olar ki, cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirir. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasıdır.
Çıxışlardan sonra səsvermə keçirilib, Nurlanə Qəmbər qızı Qarayeva yekdilliklə ərazi partiya təşkilatının sədri, Aygün Dilqəm qızı İmanova isə sədr müavini seçilib.