YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

"Qəhrəmanlıq və şərəf salnaməsi"

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının  və Samux Rayon İcra Hakimiyyətinin  birgə təşkilatçılığı ilə  27 Sentyabr - Anım Gününə həsr olunmuş “Qəhrəmanlıq və şərəf salnaməsi” adlı tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov  27 Sentyabr - Anım Gününün xalqımızın yaddaşında xüsusi və əbədi yer tutduğunu bildirib. Qeyd edib ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın müasir tarixinin ən şərəfli səhifələrindən birinə çevrilib. 44 gün davam edən müharibə Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini, xalqımızın həmrəyliyini və Vətən sevgisini bütün dünyaya nümayiş etdirib. Bu tarixi Qələbə uzun illər işğal altında qalan torpaqlarımızın azadlığına yol açıb və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnib.

Gündüz Bayramov vurğulayıb ki, əldə olunan Zəfərin təməlində Azərbaycan xalqının milli iradəsi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət və Azərbaycan Ordusunun qəhrəmanlığı dayanır. Şəhidlərimizin göstərdiyi misilsiz fədakarlıq isə hər bir azərbaycanlının yaddaşında əbədi yaşayacaq.

Vətən müharibəsi şəhidi leytenant Elvin Məmmədzadənin atası İlham Məmmədov çıxış edərək oğlunun və bütün şəhidlərimizin Vətən qarşısında göstərdiyi qəhrəmanlıqdan danışıb. Bildirib ki, şəhidlərimizin həyatı və döyüş yolu gənc nəsil üçün əsl Vətən sevgisi və vətəndaşlıq nümunəsidir. Şəhid ailələrinə göstərilən diqqət və qayğının onların mənəvi dayağı olduğunu qeyd edən İlham Məmmədov dövlət tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən yüksək diqqətə görə minnətdarlığını ifadə edib.

Daha sonra tədbirdə iştirak edən  Vətən müharibəsinin iştirakçısı, ehtiyatda  olan  polkovnik  Aydın Şıxəliyev, Vətən müharibəsi iştirakçısı, Samux Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qurban Həsənov, Qarabağlar ərazi partiya təşkilatının sədri Vidadi İsayev və Samux şəhər 6 saylı uşaq bağçasının müdiri Təhminə Nəsibova çıxış edərək  44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəylikdən, Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığından, şəhidlərimizin fədakarlığından və qazilərimizin şərəfli döyüş yolundan bəhs ediblər.