YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

"Milli Qurtuluşdan şanlı Zəfərə doğru"

Ekologiya və Təbii Sərvətlər Nazirliyində 15 iyun-Milli Qurtuluş Günü münasibətilə "Milli Qurtuluşdan şanlı Zəfərə doğru" mövzusunda tədbir keçirilib.

Yeni Azərbaycan Partiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə iştirakçılar əvvəlcə nazirliyin inzibati binasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstünü ziyarət ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Çıxışlarda 15 iyun-Milli Qurtuluş Gününün ölkəmizin müstəqillik tarixindəki müstəsna əhəmiyyəti vurğulanıb, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətləri qeyd olunub.

Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş nazirliyin əməkdaşlarına üzvlük vəsiqələri təqdim edilib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.