Xəbərlər
Samuxda Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatı və Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Rayonun Ziyadlı kəndində - Kür yolunun ətrafında keçirilən aksiyada YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin kollektivləri, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Aksiya çərçivəsində simvolik olaraq 102 ədəd şam və çinar ağacı əkilib. Əkilmiş ağacların suvarılması məqsədilə əraziyə müasir damcı suvarma sistemi çəkilib. Eyni zamanda, əvvəlki illərdə salınmış yaşıllıqlara və gül kollarına da aqrotexniki qulluq göstərilib.