YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev: Böyük Azərbaycanlı”

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının və Qarabağ Suvarma Kanalı İstismarı İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev: Böyük Azərbaycanlı” adlı tədbir keçirilib.

Tədbirdə müasir müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ulu Öndər Heydər Əliyevin müdrik siyasi fəaliyyətindən və mənalı ömür yolundan bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Qarabağ Suvarma Kanalı İstismarı İdarəsinin rəisi Ariz Mikayılov Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik salnaməsində zəngin irs yaratdığını qeyd ediblər. Natiqlərin sözlərinə görə, Ümummilli Liderin respublikamıza rəhbərlik etdiyi dövrlər quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Ulu Öndərin Azərbaycana rəhbərliyinin hər iki dövrü onun dövlətçilik fəlsəfəsinin əsasını təşkil edən azərbaycançılıq ideyasının formalaşması ilə müşayiət olunub.

Vurğulanıb ki, bu gün Ulu Öndərin əsasını qoyduğu uğurlu siyasi kurs Prezident İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə zamanın çağırışlarına uyğun davam və inkişaf etdirilir.

Sonda rayonun ictimai-siyasi həyatındakı səmərəli fəaliyyətinə görə bir qrup partiya fəalı fəxri fərman ilə təltif olunub, həmçinin partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv