YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rasim Musabəyov: Hazırki vəziyyətə görə günahkar yalnız Ermənistan rəhbərliyidir

«Bu gün regionda sabitlik, sülh yoxdur və rəsmi Yerevan tərəfindən sülh prosesinin uzadılması perspektivdə regionun sabitliyinə, əmin-amanlığına və inkişafına zərbədir». Bu fikirləri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, hazırki vəziyyətə görə günahkar yalnız Ermənistan rəhbərliyidir. Onun sözlərinə görə, beynəlxalq aləmdə təcavüzkar kimi tanınan ölkənin digər dövlətləri öz uğursuzluğunda ittiham etməsi çox primitiv və məsuliyyətsiz görünür.

«Azərbaycan bütün potensialını regionun inkişafına istiqamətləndirib və qlobal əhəmiyyətli regional layihələrin təşəbbüskarı kimi çıxış edərək bu planı uğurla həyata keçirib. Təəssüf ki, Ermənistan bu regional proseslərə qoşulmaq imkanını hər dəfə boşa verir və bunun günahkarı yalnız ölkə hakimiyyətidir» - deyə, R.Musabəyov qeyd edib.