Xəbərlər
“Azərbaycan qadınları ölkəmizin inkişafı prosesində fəal iştirak edirlər”
Yeni Azərbaycan Partıyası (YAP) Masallı rayon təşkilatı, Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə dəstək” layihəsi çərçivəsində “Azərbaycan qadınları ölkəmizin inkişafı prosesində fəal iştirak edirlər” mövzusunda tədbir keçirilib.
Şəhid və Vətən müharibəsi iştirakçılarının qadın ailə üzvlərininin iştirakı ilə keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlətin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, şəhid anası Mehriban Sultanova, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, rauon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva və digərləri çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolunun artması və fəaliyyət dairəsinin genişləndirilməsi ölkəmizin uğurlarından biridir. Azərbaycan qadınları bu gün dünya qadınlarının qabaqcıl dəstəsi ilə bir sırada addımlayır, qurub yaradırlar: “Çünki bu gün ölkəmizdə Azərbaycan qadınları üçün tariximizin heç bir mərhələsində görünməmiş imkan - qurub-yaratmaq, idarə etmək, özünü sübuta yetirmək imkanı yaranıb”.
Vurğulanıb ki, müstəqil Azərbaycanın gündən-günə tərəqqi etməsi, iqtisadi inkişafın vüsət alması, ölkəmizin dünyanın sivil ölkələri sırasında mühüm yer tutması, milli-mədəni irsimizin dünyaya çatdırılması bizim gözümüz önündə baş verir. Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə dövlət rəhbərliyinə qayıdışından sonra qadınlarımızın ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, xanımlarımızın bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib.
Qeyd olunub ki, bu gün dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artmışdır. Cənab Prezident İlham Əliyev təşəbbüsü ilə ölkədə Birinci vitse-prezidentlik institutunun yaradılması və Mehriban xanım Əliyevanın bu vəzifəyə təyin olunması ölkənin müasir tarixinin mühüm hadisəsidir.