Xəbərlər
Milli Məclisin deputatı Anar Məmmədov şəhid ailəsini ziyarət edib
Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunun Qaynaq kəndindən olan Vətən müharibəsi şəhidi Taleh Oktay oğlu Məhərzadənin ailəsini ziyarət edib.
Görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısının müavini, Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının məsul əməkdaşı, rayonun baş axundu və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Anar Məmmədov 44 günlük müharibə zamanı şəhidlərin döyüşlərdə göstərdiyi şücaətlərdən bəhs edib, onların hər birinin mənalı ömür yolunun gənc nəsil üçün nümunə olduğunu vurğulayıb. Millət vəkili şəhid ailəsinin qayğıları ilə maraqlanıb, bu kateqoriyadan olan şəxslərə daimi olaraq diqqət və qayğı göstəriləcəyini qeyd edib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
