YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Partiya veteranları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatında bir qrup partiya veteranının yubileyləri münasibətilə görüş keçirilib.

Görüşdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov partiya veteranlarını yubileyləri münasibətilə səmimi qəlbdən təbrik edərək, onlara möhkəm can sağlığı, fəaliyyətlərində uğurlar arzulayıb. O qeyd edib ki, partiya veteranları Ümummilli Lider Heydər Əliyevin ideyalarının və zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması, Prezident İlham Əliyevin siyasətinin təbliği istiqamətində səmərəli fəaliyyəti ilə fərqləniblər.

O da vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi və iqtisadi inkişaf strategiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. “Məhz bu siyasətin nəticəsidir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində böyük şücaət göstərərək şanlı Qələbə qazandı, 30 ilə yaxın işğal altında qalmış torpaqlarımız, eyni zamanda Laçın azad edildi”.

Yubilyarlar Roza Cəbrayılova, Yəhya Alışanov və İsa Behbudov göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Sonda partiya veteranlarına fəxri fərman və hədiyyə verilib.

DİGƏR Xəbərlər Arxiv