YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Asif Əsgərov seçicilərlə görüş keçirilib

Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunun Faldarlı kəndində seçicilərlə görüş keçirib.

Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.

Daha sonra millət vəkili Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan İsmayıl Səmədovun yeni açılmış ev muzeyini ziyarət edib. O, muzeydə şəhidin Vətənə şərəfli xidmət yolunu əks etdirən fotolar və xatirə materialları ilə tanış olub, qəhrəmanın əziz xatirəsini dərin ehtiramla yad edib. Ziyarət çərçivəsində Asif Əsgərov şəhid ailəsinin qayğıları ilə maraqlanıb.

DİGƏR Xəbərlər Arxiv