YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı şəhid ailəsini ziyarət edib

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunun Sarov kəndində Vətən müharibəsində şəhid olmuş Nurlan Qədir oğlu Şirinlinin ailə üzvlərini ziyarət edib.

Azərbaycan Ordusunun bütün dünyanı heyrətləndirən tarixi zəfərindən danışan millət vəkili şəhidlərin valideynlərinin qarşısında baş əydiyini bildirib. Şəhid ailəsinin qayğılarını dinləyən A.Məmmədov vurğulayıb ki, Vətən və torpaq uğrunda canını fəda edən şəhidlərimizlə yanaşı, onların valideynləri də hər birimiz üçün əzizdir. Bu qəhrəman oğulların vətənpərvər ruhda tərbiyə olunmasında valideynlərin böyük rolu olub.

Prezident, Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan danışan Anar Məmmədov bildirib ki, bundan sonra da ölkə rəhbərliyi şəhidlərin adını uca tutacaq və onların ailə üzvləri hər zaman dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunacaqdır.