Xəbərlər
Milli Məclisin deputatı Asif Əsgərov seçicilərlə görüş keçirib

Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunun Yuxarı Çardaqlar kəndində şəhid Elşən Elçin oğlu Əfəndiyevin ailəsini ziyarət edib.
Daha sonra millət vəkili həmin kənddə seçiciləri ilə görüş keçirib.
Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.