YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Regional sabitlik və təhülkəsizlik naminə birgə səylər

Saleh Məhərrəmov

YAP Oğuz rayon təşkilatının sədri

Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri məhz Pakistan İslam Respublikası olub. Ölkələrimiz arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulmuş, 1993-cü ildə Pakistanın Bakıda səfirliyi və 1997-ci ildə Azərbaycanın İslamabadda səfirliyi yaradılıb. Bu dost dövlət Azərbaycanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü daim dəstəkləyib və Ermənistanın ölkəmizə təcavüzünü hər zaman pisləyib. Məhz bu səbəbdən Pakistan işğalçı Ermənistanı rəsmən tanımamış və bu ölkə ilə diplomatik əlaqələr qurmayıb.

Öz növbəsində, Azərbaycan Pakistanla münasibətlərə xüsusi əhəmiyyət verir və bu əlaqələrin bütün sahələr üzrə genişləndirilməsində maraqlıdır. Bu baxımdan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin fevralın 23-də ölkəmizə etdiyi səfər də xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə keçirdiyi geniş tərkibli görüşdə etdiyi çıxışında qeyd olunduğu kimi, bu səfər ölkələrimiz arasında qardaşlıq əlaqələrini gücləndirəcək.

Azərbaycan-Pakistan əlaqələri Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə daha da güclənib: “1995-ci ildə Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Bakıya, bir il sonra isə Ulu Öndər Heydər Əliyev bu dost ölkəyə səfər edib. Səfərlər zamanı iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında müqavilə, habelə iqtisadi və ticarət əlaqələrini inkişaf etdirmək üçün bir neçə saziş imzalanıb. 1997-ci ildə isə Azərbaycan Pakistanda öz səfirliyini açmaqla münasibətləri daha da genişləndirib.

Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycan-Pakistan münasibətləri strateji müttəfiqlik mərhələsinə yüksəlib. Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf 2004-cü ilin iyulunda Aərbaycanda rəsmi səfərdə olub. Hökumətlər arasında turizm və gömrük işi sahəsində əməkdaşlıq haqqında sazişlər, habelə digər mühüm sənədlər imzalanıb. Pakistan və Azərbaycan üzv olduqları bütün beynəlxalq təşkilatlarda bir-birini müdafiə edirlər. Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Asiya Parlament Assambleyası və digər beynəlxalq qurumlar çərçivəsində bir-birini dəstəkləməkdə davam edir. Ötən ilin sonunda Azərbaycan Pakistanın da dəstəyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) qəbul edilib.

2024-cü ildə Bakıda təşkil olunan COP29 sammiti çərçivəsində Prezident İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən görüşdə ikitərəfli əlaqələrin inkişafı və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Ötən dövr ərzində iki ölkənin dövlət və hökumət başçılarının, parlament rəhbərlərinin qarşılıqlı rəsmi və işgüzar səfərləri zamanı imzalanan sənədlər əlaqələrin güclənməsi üçün hüquqi baza yaradıb.

Azərbaycan ilə Pakistan arasındakı iqtisadi-ticari əlaqələr ildən-ilə genişləndirilir. İqtisadi forumlar, konfranslar və hökumətlərarası komissiya iclaslarında ticarətin müxtəlif sahələrinin inkişaf perspektivləri müzakirə olunub. Kənd təsərrüfatı, enerji, əczaçılıq, ticarət, tikinti, nəqliyyat, informasiya texnologiyaları, hərbi sənaye və digər sahələrdə əməkdaşlığımız davam edir. İslamabad şəhərində Azərbaycan – Pakistan Ticarət və Sənaye Palatası fəaliyyət göstərir. Azərbaycanın neft-qaz, Pakistanın isə əczaçılıq, tekstil, aqrar və emal sənayesində əldə etidiyi uğurlar və təcrübənin qarşılıqlı mübadilələri iqtisadiyyatın inkişafına töhfələr verir. Azərbaycanın  Avropa və Asiyanı birləşdirən mühüm nəqliyyat dəhlizlərin üzərində yerləşməsi Pakistan üçün yeni ixrac imkanları yaradır. Ölkələrimiz arasında sərmayələrin təşviqi üçün hökumətlərarası işçi qruplar fəaliyyət göstərir ki, bu da qarşılıqlı investisiya imkanlarının dəyərləndirilməsinə, sahibkarlar üçün əlverişli şəraitin yaradılmasına müsbət təsir göstərir.

Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə sonuncu səfərində ən diqqətçəkən məqamlardan biri Dövlət Neft Şirkəti ilə “Pakistan State Oil Company Limited” və “Pakistan Refinery Limited” (PRL) müəssisələri arasında Anlaşma Memorandumunun imzalanması oldu: “Mayeləşdirilmiş təbii qaz yüklərinin, neft məhsullarının alqı-satqısı ilə bağlı sazişlər, Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri və Pakistan İslam Respublikasının Pəncab Əyalətinin Lahor şəhəri arasında mədəniyyət, turizm, şəhərsalma, təhsil, elm, iqtisadiyyat və ictimai həyatın digər müvafiq sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu yeni əməkdaşlıq imkanları yaradır. Səfər çərçivəsində həmçinin gömrük xidmətləri arasında fəaliyyətlərin səmərəliyinin artırılması, bitki karantini və mühafizəsi sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı Anlaşma Memorandumu imzalandı. Ölkələrimiz arasında iqtisadi əlaqələrimizin ildən-ilə artırılmasının nəticəsidir ki, Pakistan 2021-2022-ci illərdə Azərbaycana 9,7 milyon dollar, 2022-2023-cü illərdə isə 12 milyon dollar həcmində ixrac həyata keçirib. Pakistan şirkətləri bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında investisiya qoyuluşuna dəvət olunub. Pakistanın baş nazirinin bu səfəri zamanı  “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Pakistan İslam Respublikasının Milli Peşə və Texniki Təlim Komissiyası (NAVTTC) arasında peşə təhsili sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması da xüsusi əhəmiyyətə malikdir. Bu, hər iki ölkədə əmək bazarının müasir tələblərinə cavab verən, peşəkar kadrların hazırlanmasına mühüm töhfə verəcəkdir.

Azərbaycan ilə Pakistan arasında strateji əməkdaşlıq əlaqələri çox güclüdür və uzun illərə söykənir. Tarixi köklərə bağlı olan Pakistan dövləti bu gün həm İslam, həm də türk dünyası ilə sıx əməkdaşlıq edir. Bu gün iki ölkə arasında sarsılmaz münasibətlər tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub.