Xəbərlər
Qalib ölkənin qalib partiyası!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Nizami rayonu, Nizami və Keşlə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə növbəti görüşü keçirilib.
Görüşdə YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov bələdiyyə institutunun inkişafından bəhs edib.
Təşviqat qrupunun üzvləri Xəqani Səfərov, Vitaliy Kovalyov, Nizami bələdiyyəsi üzrə namizədlər Vüsaləddin Hacıyev, Şöhrət Əhmədov, Keşlə bələdiyyəsi üzrə namizədlər Tural Həsənov, Sadiq Axundzadə və başqaları YAP-ın seçki proqramı haqqında seçicilərə ətraflı məlumat veriblər.
Görüş zamanı seçicilər də YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, Nizami və Keşlə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin seçicilərlə qapı-qapı və məhəllə görüşləri də keçirilib.