YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük tərəqqi və inkişaf yolu

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Sabirabad rayonu, Cavad bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov bildirib ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş, qətiyyətli və məqsədyönlü siyasət nəticəsində Azərbaycan ötən illər ərzində müstəqillik tarixinin olduqca möhtəşəm nailiyyətlərinə imza ataraq dünya miqyasında yeni inkişaf modellərini yaradıb. Təşkilat sədri vurğulayıb ki, Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafında müstəsna xidmətlər göstərib.

Seçki qərargahının üzvləri Daşqın Şıxəliyev, Rəşad Qurbanov, bələdiyyə üzvlüyünə namizədlər Ağahəsən Rüstəmli, Sədaqət Rəsulova və Taleh Nuriyev çıxışlarında qeyd ediblər ki, ölkəmizdə reallaşdırılan çoxşaxəli islahatlar kursunun mühüm tərkib hissəsi kimi həyata keçirilən ardıcıl tədbirlər bələdiyyə institutunun təkmilləşdirilməsinə öz töhfəsini verir.

Görüş zamanı seçicilər Mirəziz Əhmədov, Süleyman Ağammədov, Fazil Mürşüdov, Fəxrəddin Nuriyev və digərləri çoxəsrlik dövlətçilik tarixinin ən şanlı dövrünü yaşayan qalib Azərbaycanın misilsiz uğurlara imza atdığını, yeni reallıqlar formalaşdıraraq sürətlə inkişaf etdiyini vurğulayıblar.

Qeyd edək ki, həmin gün YAP-ın namizədlərinin seçicilərlə fərdi və məhəlli görüşləri də keçirilib.