Xəbərlər
İslahatlar şəffaflığın artırılmasına xidmət edir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Culfa rayonu, Culfa, Yaycı, Ərəzin və Bənəniyar bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Culfa bələdiyyəsi üzrə namizəd Elza Hüseynli, Yaycı bələdiyyəsi üzrə namizəd Canməmməd Şahvəliyev, Ərəzin bələdiyyəsi üzrə namizəd Tofiq Bayramov, Bənəniyar bələdiyyəsi üzrə namizədlər Niyaməddin Cəbiyev YAP-ın bələdiyyə seçkiləri ilə bağlı proqram və məqsədləri haqqında ətraflı məlumat veriblər. Qeyd olunub ki, ardıcıl xarakter daşıyan institusional islahatlar bütün sahələrdə davamlı yüksəlişi təmin etməklə bərabər yeni perspektivlər yaradıb. Bu islahatlar şəffaflığın artırılmasına və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasına xidmət edir.
Seçicilər Sədaqət Quliyeva, Elnur Gülmalıyev və Əli Baxşəliyev və Azər Quliyev YAP fəaliyyətini dəstəklədiklərini vurğulayıblar.