YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Yeni il şənliyi keçirilib

Nizami rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün şənlik təşkil edilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan şənliyin rəsmi hissəsində Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı rəhbərinin müavini Ramilə Bədəlova, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin direktoru Nərminə Zöhrabova, Azərsun Holdinqin İnzibati təsərrüfat departamentinin bölmə rəisi Könül Bəkirova, “Sosial məsələlərin həllinə kömək” İctimai Birliyinin sədri Nərmin Daşdəmirbəyli və başqaları çıxış ediblər.

Çıxışlarda dünya azərbaycanlıları arasında birlik və həmrəylik ideyalarının təbliğinin, milli-mənəvi dəyərlərin uşaqlara və gənc nəslə aşılanmasının əhəmiyyətindən bəhs edilib. Qeyd olunub ki, sonsuz sevgi və qürurla xatırladığımız Ümummilli Lider Heydər Əliyev hər zaman uşaqlara qayğı və diqqət ilə yanaşıb.

Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın sosial sahəyə xüsusi qayğısı ölkədə uşaqların müdafiəsi, sosial təminatı istiqamətində müvafiq addımların atılmasına imkan verib.

Rəsmi hissə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

Sonra uşaqlar üçün əyləncə proqramı təqdim olunub.