YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Vətənim Azərbaycan!”

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı, Xətai Rayon İcra Hakimiyyəti və Bakı şəhəri 2 nömrəli uşaq-gənclər inkişaf mərkəzi PHŞ-nin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş  “Vətənim Azərbaycan!” adlı rəsm müsabiqəsinə yekun vurulub.  

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Milli Məclisin deputatı Pərvanə Vəliyeva, Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Anar Tağızadə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətinin təşkili sektorunun müdiri Günay Qurbanova, Azərbaycanın Xalq rəssamı Arif Hüseynov bildiriblər ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan bu cür tədbirlər gənc nəslin milli şüurunun formalaşdırılması və dövlətçilik ənənələrinə hörmət ruhunda tərbiyə olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Rəsm müsabiqəsi uşaqların yaradıcılıq potensialının üzə çıxarmaqla yanaşı, onların Vətənə, dövlət rəmzlərinə və milli birlik ideyasına bağlılığını gücləndirir.

Qeyd edək ki, müxtəlif yaş qruplarından olan məktəblilər arasında təşkil olunan müsabiqəyə ümumilikdə 200 rəsm əsəri təqdim edilib, münsiflər heyəti tərəfindən 18 istedadlı şagird qalib seçilib.

6-9 yaş qrupu üzrə III yerə Xətai rayonu, 63 nömrəli tam orta məktəbin şagirdi Tunar Əliməmmədov, 10-13 yaş qrupu üzrə I yerə 204 nömrəli tam orta məktəbin şagirdi Zibeydə Əliyeva və 24 nömrəli tam orta məktəbin şagirdi Məryəm Əsgərova, II yerə 29 nömrəli tam orta məktəbin şagirdi Ayşən Əlizadə və Humanitar fənlər təmayüllü məktəb-liseyin şagirdi Banu Bədəlli, III yerə şəhid Elşad Yəhyayev adına 56 nömrəli tam orta məktəbin şagirdi Zeynəb Cavadzadə, 14-17 yaş qrupu üzrə I yerə 249 nömrəli tam orta məktəbin şagirdi Ayla Verdiyeva, II yerə 152 nömrəli məktəb-bağça kompleksinin şagirdi Ayan Nəzərəliyeva, III yerə isə İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin şagirdi Səma Abbasova layiq görülüb.

Sonda qaliblərə diplom və hədiyyələr verilib.

Çıxışlardan sonra Bakı şəhəri 2 nömrəli uşaq-gənclər inkişaf mərkəzi şagirdlərinin hazırladığı musiqili kompozisiya təqdim olunub.