Xəbərlər
“Səsimiz Zəfərlər partiyasınadır!”

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Masallı rayonu Güllütəpə bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Masallı rayon təşkilatının məsləhətçisi Eldar Kazımov xalqın sevgisi və dəstəyi nəticəsində partiyamızın yarandığı vaxtdan keçirilən bütün seçkilərdə qalib gəldiyini, Qələbələr partiyası imicini qazandığını deyib.
Görüşdə çıxış edən seçki qərargahının üzvləri Ramiz Tağıyev, Həsən Hüseynov, bələdiyyə üzvlüyünə namizədlər Ceyhun Ağayev, Afət Bəşirova, Vaqif Məmmədov, Nizami Məmmədov seçiciləri vətəndaşların yüksək rifahı naminə ümumxalq partiyasının - Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.
Seçicilərdən Qardaşxan Ağayev, Ərəstun Əliyev, Fərhad Bağırov və başqaları çıxış edərək Zəfərlər partiyasının namizədlərinə səs verəcəklərini qeyd ediblər.