YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər rayonunda YAP-ın 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Xəzər rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) 32-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, rayon ictimaiyyətinin nümayəndələri və partiya fəalları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Mərdəkan qəsəbəsində ucaldılmış abidəsini ziyarət edərək, Ümummilli Liderin xatirəsini dərin hörmətlə anıblar.

Tədbirdə ilk öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbiri giriş sözü ilə açan Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov bildirib ki, 1990-cı illərin əvvəllərində Azərbaycanda mürəkkəb siyasi və sosial-iqtisadi şərait hökm sürürdü: “Bu çətin dövrdə hakimiyyətin səriştəsizliyi və xalq arasında artan narazılıq, ölkənin güclü liderə və milli maraqları təmin edə biləcək siyasi qüvvəyə ehtiyacını gündəmə gətirdi. Məhz bu tarixi zərurət Yeni Azərbaycan Partiyasının yaranmasını şərtləndirdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə partiya milli birlik, dövlətçiliyin möhkəmləndirilməsi və demokratik islahatlar istiqamətində fəaliyyətini davam etdirdi. Bu gün isə Yeni Azərbaycan Partiyası, cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə əsas siyasi qüvvə olaraq fəaliyyətini davam etdirir və müstəqil Azərbaycanın inkişafında mühüm rol oynayır”.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranmasının Azərbaycan xalqının tarixində əhəmiyyətli bir hadisə olduğunu vurğulayıb. Bildirilib ki, partiyanın fəaliyyəti, milli maraqların qorunması, dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin edilməsi və sosial-iqtisadi inkişafın dəstəklənməsi istiqamətində böyük əhəmiyyət kəsb edir: “Bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanın beynəlxalq nüfuzunun artırılması və milli maraqların qorunmasında mühüm rol oynayır. Partiya, ölkədəki sosial-iqtisadi layihələrin həyata keçirilməsinə və əhalinin rifahının yüksəldilməsinə dəstəkləyir”.

Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov çıxış edərək, Yeni Azərbaycan Partiyasının müasir Azərbaycanın qurulmasında və inkişafında əhəmiyyətli rolunu qeyd edib. T.Səlimov bildirib ki, partiyanın fəaliyyəti ölkədə sabitliyi təmin etmiş, iqtisadiyyatın modernləşdirilməsi və beynəlxalq əlaqələrin inkişafı sahəsində mühüm nəticələr əldə edilib.

Partiya veteranı, 125 nömrəli tam orta məktəbin direktoru Zeynəb Əliyeva, Yeni Azərbaycan Partiyasının fəaliyyətinin Azərbaycanın gələcək inkişafı üçün möhkəm zəmin yaratdığını bildirib. O, partiyanın ölkənin müasir çağırışlara uyğun inkişafını təmin etmək və xalqın rifahını artırmaq üçün ardıcıl siyasət həyata keçirdiyini vurğulayıb.

Tədbir ziyafət və konsert proqramı ilə davam etdirilib.

DİGƏR Xəbərlər Arxiv