YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qəhrəmanlıq ruhu və Qələbənin simvolik məkanı

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini  

Azərbaycan xalqı tarix boyu öz iradəsi, mətinliyi və mübarizliyi ilə seçilmişdir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər isə milli qürurumuzun və birliyimizin zirvəsi oldu. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi misilsiz qəhrəmanlıq yalnız torpaqlarımızın işğaldan azad edilməsi ilə yekunlaşmadı, eyni zamanda ölkəmizin beynəlxalq arenada nüfuzunu daha da möhkəmləndirdi. 

Bu Qələbənin simvolu olan Zəfər Parkı Bakının ən gözəl guşələrindən birində inşa edilərək bu nailiyyətin əbədiyaşarlığını təsdiqləyir. Cənab İlham Əliyev parkın açılış mərasimində çıxış edərək Zəfər tağı və abidənin əhəmiyyətini vurğuladı. 44 metrlik tağ və hər biri qələbənin bir gününü təmsil edən 44 sütun yalnız memarlıq baxımından deyil, həm də milli yaddaşımızı gələcək nəsillərə çatdıran bir irsdir. Burada tərtib ediləcək Zəfər Muzeyi isə xalqımızın qələbə tarixinin canlı şahidinə çevriləcəkdir. 

Prezident İlham Əliyev çıxışında 44 günlük müharibənin yalnız hərbi əməliyyat olmadığını, həm də xalqımızın mətin iradəsinin, əyilməz ruhunun, birliyinin təntənəsi olduğunu vurğuladı. “Bu Qələbə bizimlə əbədi olacaq”, – deyən dövlətimizin başçısı bildirdi ki, Azərbaycan xalqı və dövləti artıq qalib statusunda yaşayır və bu status gələcək uğurlarımızın təməlidir. 

Eyni zamanda, dövlətimizin inkişafında əsas rol oynayan xalq-iqtidar birliyi və vətənpərvərlik ruhu Zəfərin qazanılmasının təməl daşları oldu. İndi Azərbaycan qalib dövlət olaraq regionda sülhün və təhlükəsizliyin qarantıdır. Torpaqlarımız işğaldan azad edildikdən sonra Qarabağda həyata keçirilən bərpa və quruculuq işləri, o cümlədən keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması, tarixi ədalətin bərpasını təcəssüm etdirir. 

Zəfər Parkının açılışı ilə Azərbaycan xalqı bir daha dünyaya öz gücünü, iradəsini və qələbəyə sarsılmaz inamını nümayiş etdirdi. Bu park yalnız şəhərimizin memarlıq üslubuna yeni nəfəs gətirmir, həm də qəhrəmanlıq ruhumuzu əks etdirən simvolik bir məkan olaraq tarixi mirasımızın ayrılmaz hissəsinə çevrilir. 

DİGƏR Xəbərlər Arxiv