Xəbərlər
Partiya veteranı ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatında partiya veteranı Arif Fərzəlinin 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib.
Görüşdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və digərləri yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür arzulayıblar.
Partiya veteranlarının Ümummilli Lider Heydər Əliyev ideyalarının və zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması, Prezident İlham Əliyevin siyasətinin təbliği istiqamətində səmərəli fəaliyyəti ilə fərqləndikləri qeyd olunub.
Arif Fərzəli göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib, Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmasının onun üçün böyük qürur olduğunu söyləyib.
