Xəbərlər
YAP Şəmkir rayon təşkilatının təsis olunmasının 33 illiyi qeyd edilib
Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının yaranmasının 33-cü ildönümü münasibətilə yeniyetmələr arasında yüngül atletika üzrə 1000 metr məsafəyə qaçış üzrə yarış təşkil olunub.
Şəmkir Rayon Olimpiya İdman Kompleksində keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev, Şəmkir rayonu üzrə Gənclər və İdman sektorunun direktoru Pərvin Gözəlov və Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşı Ruhid Hacıyev çıxış edərək Yeni Azərbaycan Partiyasının 33 illik inkişaf yolundan, Ümummilli Lider Heydər Əliyevin siyasi irsindən və Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlardan bəhs ediblər.
Çıxışlarda gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsində idmanın və sağlam həyat tərzinin təşviqinin əhəmiyyəti xüsusi vurğulanıb.
Sonra yarışa start verilib.
Yarışın yekununda qaliblərə medal və hədiyyələr təqdim olunub.
