YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada Ümummilli Liderin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Ağstafa rayonunda Ulu Öndər Heydər Əliyevin ilk dəfə siyasi rəhbərliyə gəlişinin 57-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb.

Ağstafa Aqrar Sənaye Kompleksinin Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, YAP İdarə Heyətinin üzvü Elnur Sadıqov və Azərbaycan Respublikasının Xalq artisti Baba Vəziroğlu çıxış ediblər.

Bildirilib ki, 1969-cu il iyulun 14-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi ölkənin tarixində dönüş nöqtəsi olmaqla yanaşı, milli inkişafın yeni mərhələsinin əsasını qoydu. Ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı sürətləndi, gələcək dövlət müstəqilliyi üçün möhkəm siyasi və iqtisadi zəmin formalaşdı.

Qeyd olunub ki, bu gün Azərbaycan Ümummilli Lider Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlar qazanır.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Sonra konsert proqramı təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv