YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Regionda “yaşıl enerji”nin inkişafı: Azərbaycanın investisiyalarda artan rolu

David İbramxəlilov

YAP Qusar rayon təşkilatının sədri

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi böyük tarixi hadisədir. Bu, Azərbaycanın dünyada artan nüfuzunun parlaq ifadəsidir. Həmçinin, Azərbaycanın beynəlxalq tədbirləri keçirməkdə böyük təcrübəsinin olduğunu nümayiş etdirir.

Ən önəmlisi isə odur ki, Azərbaycan insan faciələri ilə nəticələnən fəlakətlərin, qlobal iqlim dəyişikliklərinin qarşısının alınması üçün ən dəyərli tədbirə ev sahibliyi edir, buna öz töhfəsini verir. Noyabrın 12-də Bakıda COP29 çərçivəsində Liderlər Sammitinin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ixrac bazarlarına diqqət yetirir və öz tərəfdaşları ilə birgə mühüm enerji və təhlükəsizlik layihələrini həyata keçirməyə çalışır: “Bunlardan biri Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsidir. Bunun sayəsində biz yaşıl enerjini Avropaya nəql edəcəyik. Bu kabelin texniki potensialı və yeri gəlmişkən, texniki əsaslandırma işləri bu yaxınlarda bitəcək. Onun imkanları iki giqavatt olacaq. Bu, yalnız başlanğıcdır”.

COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi bir daha təsdiq edir ki, ölkəmizin bu sahədəki fəaliyyəti BMT daxil olmaqla, beynəlxalq və qlobal təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Məhz bu səbəbdən də Azərbaycanın namizədliyinə dəstək verilib və təsdiqlənib. Azərbaycan regionda yaşıl enerjinin inkişafına ən çox investisiya edən ölkələrdən biridir. Son illər bu sahəyə yönəlmiş sərmayələrin həcmi 1 milyard dollardan artıqdır. COP29 bir sıra istiqamətlərdə - ölkə iqtisadiyyatı, eyni zamanda, Azərbaycanın yaşıl enerji sahəsində həyata keçirdiyi fəaliyyətlərin təqdimatı baxımından da çox vacibdir. Azərbaycan, həm də Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya öz yaşıl enerjisini ixrac etmək niyyətindədir. Bu da ondan xəbər verir ki, 2026-cı ildən sonra Azərbaycan Avropa İttifaqının yaşıl enerjiyə olan tələbinin ödənməsində xüsusi paya malik olacaq. Bu istiqamətdə də çox sürətli işlər həyata keçirilməkdədir. COP29 Azərbaycanın potensialının və iqtisadi imkanlarının daha yaxından təqdim edilməsinə şərait yaradacaq ki, bu da çox vacib amillərdəndir. Çünki belə tədbirlər bir tərəfdən turizm-xidmət sektorunun dəstləklənməsi və inkişafına xidmət edir, digər tərəfdən isə ölkənin iqtisadi potensialı ilə daha yaxından tanış olmağa fürsət yaradır.

Liderlər Sammitində cənab İlham Əliyev deyib ki, “Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik. Dörd il öncə, biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik. Bir il əvvəl biz BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə uyğun olaraq, suverenliyimizi tam bərpa etdik. Biz həmin qətnamələri özümüz icra etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik və Ermənistanın işğalına son qoyduq. COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcək...”

Bununla da dövlətimizin başçısı Azərbaycanın Qələbə tarixinə, ərazi bütövlüyünə də diqqət çəkib, hədəflərimizi bir daha dünya ictimaiyyətinə bəyan edib. COP29-un sədri kimi Azərbaycan çalışacaq ki, inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə versin və Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələr qurulsun. Ölkəmizin ərazilərində müxtəlif beynəlxalq iştirakçılar arasında enerji, mədəniyyət, o cümlədən daşımalar baş tutur. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyada enerji və daşımalar yollarını dəyişib. Beləliklə, biz məhsuldar çoxtərəfli əməkdaşlıq formatı qurmuşuq.

DİGƏR Xəbərlər Arxiv