YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Adım Ələsgərdi, Göyçə mahalım...”

Səbinə Xasayeva

Milli Məclisin deputatı

Neçə on illərdi bu misraların işığında əvəzsiz söz mücrüsünün incilərini tanımışıq. Aşıq şeir sənətinin bütün imkanlarını öz yaradıcılığı zənginləşdirən, söz möcüzələri yaradan göy­çə­li Aşıq Ələsgər uğurlu fəaliyyəti müasir dövrdə də diqqət mərkəzindədir.

XIX yüzillikdə yaşamış böyük söz və saz ustadı Aşıq Ələsgərin zəngin yaradıcılığı  Azər­bay­canın aşıq ədəbiyyatının inkişafında yeni bir mərhələ oldu. İstər Arazın o tayında, istərsə də bu ta­yın­da neçə-neçə sənətkar Aşıq Ələsgər ədəbi məktəbinin yetirməsidir. Böyük ustadın irsi öyrə­ni­lə-öyrənilə aşıq yaradıcılığının daha şaxəli inkişafında vasitəyə çevrildi. Hələ 70-ci illərdə Aşıq Ələsgərin kitabları nəfis tərtibatlarla nəşr edildi.

2021-ci ildə Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün Azərbaycan Respublikasının Pre­zidenti İlham Əliyev iki Sərəncam imzaladı. Sərəncama əsasən, dahi sənətkarın 200 il­lik yubileyi dövlət səviyyəsində qeyd edildi. Digər Sərəncam isə onun abidəsinin ucaldılması ilə bağlı verilmişdi.

Bakı şəhərində qoyulan abidənin açılış mərasimində Prezident İlham Əliyev çıxışında böyük sənətkarın yaradıcılığı haqqında geniş məlumat verildi, xalqımızın yaşadığı iki deporta­si­ya­­nın ağrılarını da xatırlatdı. Dövlət başçısı çıxışı zaman bildirib:  “Əfsuslar olsun, ondan sonra da bizim xalqımız iki deportasiyaya məruz qalmışdır. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğ­ma Vətən, doğma torpaq onu yenə də Göyçə mahalına çəkirdi, baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmir. Amma onun Vətən sevgisi, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç ildən sonra öz doğ­ma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra orada vəfat etmişdir”.

Cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin tə­şəb­büsü ilə Aşıq Ələsgərin 150 illik yubileyinin Sovet İttifaqı miqyasında qeyd edildiyini, bu yubiley münasibətilə sənətkarın doğma Ağkilsə kəndində abidəsinin ucaldıldığını, ermənilərin törətdiyi üçüncü deportasiyada həmin abidənin dağıdıldığını bildirdi.

Dövlət başçısı onu da qeyd etdi ki, Aşıq Ələsgərin yaradıcılığı Azərbaycan xalqının ürəyində böyük bir iz buraxıb, 200 il ötəndən sonra yenə də o, görkəmli şəxsiyyət, vətənpərvər in­san, öz xalqını, Vətənini sevən dahi sənətkar kimi xalqımızın yaddaşında yer tutub. 97 yaşında öz torpa­ğın­dan köçməyə məcbur olmuş insan 100 yaşında yenə də bütün təhlükələrə baxmayaraq, - o vaxt hələ o təhlükələr tam sovuşmamışdı, - yenə də öz Vətəninə qayıtmışdır”.

Cənab İlham Əliyevin tədbirdə çıxışı bir sənətkarın timsalında dövlətçiliyin daha da möhkımləndiriləcəyinə inam kimi dinlənildi: “Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində bu­na oxşar mərasim keçirəcəyik. Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir”.

DİGƏR Xəbərlər Arxiv