YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini: Bolqarıstan Azərbaycan qazı üçün tranzit ölkə olmağa hazırdır

Tələbatını Rusiya qazı hesabına ödəyən Bolqarıstan üçün qazın tədarük mənbələrinin və marşrutlarının şaxələndirilməsi çox vacibdir. Bu aspektdə Azərbaycan Bolqarıstan üçün vacib tərəfdaş ola bilər. Öz növbəsində, Bolqarıstan Azərbaycan qazının Avropaya tədarükləri üçün tranzit ölkə olmağa hazırdır. Bunu Trend-ə müsahibəsində Bolqarıstanın Baş nazirinin müavini Tomislav Donçev deyib.

Onun sözlərinə görə, Bolqarıstan Azərbaycan qazının tədarükü məqsədilə IGB (Interconnector Greece-Bulgaria) interkonnektorun tikintisi üçün bütün zəruri səyləri göstərməyə davam edəcək: “IGB-nin təqribi buraxılış qabiliyyəti ildə 20 milyard kubmetr qaz təşkil edəcək. İnterkonnektorun Yunanıstanla layihə gücünü və onun Rumıniya və Serbiyanın qaz nəqli sistemləri ilə birləşdirən layihələşdirilmiş bəndlərini nəzərə alsaq, Bolqarıstanın qazın bütün Avropa üzrə paylaşmasında imkanları xeyli artır. Azərbaycan isə Bolqarıstana və ümumilikdə Avropaya böyük həcmdə qaz tədarük etməyi planlaşdıra bilər”.

T. Donçev qeyd edib ki, Bolqarıstanın enerji sahəsində Azərbaycanla əməkdaşlıq üçün xeyli layihələri var, lakin onların reallaşdırılması üçün ilk növbədə interkonnektor tikmək lazımdır: “Bolqarıstan bu məsələnin çox tezliklə həll olunacağına ümidini itirmir. Bolqarıstan və Yunanıstan IGB-nin tikintisi yolu ilə Cənub Qaz Dəhlizi layihələrinə qoşulmaq imkanları əldə edəcək və bununla da Azərbaycan qazı əldə edəcək”.

Baş nazirin müavini əlavə edib ki, mövcud Rusiya-Ukrayna-Moldova-Rumıniya qaz boru kəmərinin buraxılış qabiliyyəti 25 milyard kubmetr təşkil edir, lakin bu qaz kəmərinin taleyi sual altındadır, çünki siyasi vəziyyət olduqca dinamik dəyişir.

T.Donçev vurğulayıb ki, Azərbaycanın Aİ ilə enerji sahəsində əməkdaşlığı bizim üçün yaxşı imkanlar açır: "Bolqarıstan üçün Xəzər hövzəsinin digər ölkələri ilə də enerji sahəsində əməkdaşlıq böyük maraq doğurur. Türkmənistan və İran Avropanın enerji təhlükəsizliyinin təminatı üçün böyük enerji resursları ehtiyatlarına malikdirlər”.

Bolqarıstanın “Türk axını” layihəsində iştirak ehtimalına gəlincə, T.Donçev bildirib ki, hələ bu barədə nə isə demək çərtindir, bunu vaxt göstərəcək.

 

DİGƏR Xəbərlər Arxiv