Xəbərlər
Marko Curiç: Serbiya Azərbaycanda keçiriləcək COP29-da fəal iştirak edəcək
Serbiya Azərbaycanda keçiriləcək COP29-da fəal iştirak edəcək.
Bu sözləri Serbiyanın xarici işlər naziri Marko Curiç sentyabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında söyləyib.
Nazir bildirib ki, Serbiya tədbirlə bağlı Azərbaycana dəstək verəcək. Serbiya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyəcək. Bu, bizim üçün prinsipial məsələdir. Beynəlxalq hüququn əsas prinsiplərinə görə bir-birimizi dəstəkləyirik.