YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliyalı müşahidəçi: Seçki məntəqələrində qadın sədrlərin çox olması diqqətimi xüsusi olaraq çəkdi

Səsvermə prosesində gənclərin fəal iştirakının şahidi olduq. Bu fəallıq dövlətin gənclərə yaratdığı şəraitdən onların razı qaldığını göstərir.

Bunu İtaliya deputatlar palatasının üzvü Nayke Qruppioni Azərbaycanda növbədənkənar parlament seçkilərinin nəticələri ilə bağlı sentyabrın 2-də keçirilən mətbuat konfransında söyləyib.

Xanım Qruppioni qeyd edib ki, gənclərin və qadınların səsvermə prosesində iştirakı onların hökumətin apardığı siyasəti izlədiklərini göstərir. “Məncə, hər ölkənin siyasəti belə olmalıdır. İnsanlarla söhbət edərkən onların verdiyi səsin önəmini anladıqlarını müşahidə etmək çox önəmli idi. Mən bir çox məntəqədə müşahidə apardım və orada gördüklərimdən məmnun qaldım. Xüsusilə məntəqə komissiyalarının işində qadınların iştirakı məni çox sevindirdi”,- deyə italiyalı müşahidəçi vurğulayıb.

“Seçki məntəqələrində qadın sədrlərin çox olması diqqətimi xüsusi olaraq çəkdi. Mən dünyada qadınların ictimai-siyasi proseslərdə iştirakını daim diqqət saxlayıram. Azərbaycanda qadın hüquqlarına olan hörmət məni təsirləndirdi”,- deyə Nayke Qruppioni bildirib.

Onun sözlərinə görə, seçicilərə rəngsiz mürəkkəbin tətbiq olunması Azərbaycanda seçkilərin şəffaf keçirilməsinə təminat verildiyini sübut edir.

İtaliya parlamentarisi əlavə edib ki, təmsil olunduğu müşahidə missiyası Azərbaycandakı seçki prosesinin demokratik qaydalara uyğun keçirildiyi qənaətindədir.