Xəbərlər
Bakıda “Böhranlara cavab əməliyyatlarında NATO-nun psixoloji əməliyyatları” mövzusunda təlim kursu keçirilir
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2015-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən sentyabrın 14-də Bakıda Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən “Böhranlara cavab əməliyyatlarında NATO-nun psixoloji əməliyyatları” mövzusunda təlim kursu başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, sentyabrın 17-dək davam edəcək kursda NATO-nun Mobil Təlim Qrupu tərəfindən iştirakçılara “NATO-da hərbi tərəfdaşlıq”, “NATO-nun hərbi siyasəti”, “Strateji kommunikasiya”, “İctimai əlaqələr”, “İnformasiya əməliyyatları doktrinası”, “Psixoloji əməliyyatlar”, “İnformasiyanın təhlili” və s. mövzularla əlaqədar məlumatlar veriləcək.