YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdəlilər YAP-ın namizədinə səs verəcək

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 99 saylı Bərdə seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Fatma Yıldırımın YAP Bərdə rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə, həmçinin Mirzalıbəyli və Əyricə kəndlərində seçicilərlə görüşü keçirilib.

Görüşlərdə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşlər Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Görüşləri giriş sözü ilə başlayan YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya bildirib ki, artıq Azərbaycan üçün yeni bir dövr başlayıb. İlk dəfə Qarabağla bütövləşmiş Azərbaycanda Milli Məclisə seçkilər keçirilir. Yeni Azərbaycan Partiyası bu seçkilərə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qoşulub. İşğaldan azad edilmiş ərazilərin bərpası və “Böyük Qayıdış”ın təmin olunması yeni strateji mərhələdə Azərbaycanın prioritet vəzifələrindən biridir. Yeni dövrün çağırışlarını xalqın seçimini müəyyən edir.

Çıxış edən deputatlığa namizəd Fatma Yıldırım Yeni Azərbaycan Partiyasının qələbə qazanmasını şərtləndirən ən birinci amilin partiyanın Sədrinin, Prezidentimiz cənab İlham Əliyevin  fəaliyyəti olduğunu bildirib. O, YAP-ın bu seçkilərə böyük uğurlarla getdiyini deyib.

Görüşlərdə YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvləri-şəhid anaları Xuraman Naibova, İsbət Hətəmova, Mehparə Qəribova, 7 dəfə Dünya çempionu Kamil Şərifovun atası Əliş Şərifov çıxış ediblər. Qeyd olunub ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır. Onlar məhz bu inkişafın davamlı olması üçün  hörmətli seçicilərimizi YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

Həmin görüşlərdə çıxış edən seçicilər-Yeni Əyricə kəndindən qazi Məhəmməd Hacıyev, Mirzalıbəyli kəndindən Mərdan Abdullayev, Eyvaz Nəsirov, Reyhan Tağızadə və digərləri də 1sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Görüşlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.