YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamalda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 İyun-Milli Qurtuluş Günü münasibətilə “Milli Qurtuluş Günü: Zəfər tariximizin başlanğıcı” adlı tədbir keçirilib.

Tədbirdən öncə Yasamal Rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib.

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən foto və kitab sərgisinə baxış keçirilib.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən “İz” sənədli filmi nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Veteranlar Şurasının üzvü, “91-lər”dən Şahlar Əsgərov, Milli Məclisin deputatı Səbinə Xasayeva, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyunun sadəcə təqvim bayramı olmadığını, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün olduğunu qeyd ediblər.

Bildirilib ki, Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir: “Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və Özü xalqa arxa olan dahi bir insan Heydər Əliyevdir! Bu gün Prezident İlham Əliyev Ümummilli Liderimizin siyasi kursuna sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Heç kəsə sirr deyil ki, bu siyasi kursun şah əsəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi Şanlı Qələbələrdir”.