YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli qurtuluş ideologiyasının təntənəsi

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycanın bu gününü müstəqilliyimizin bərpasının ilk illəri ilə  müqayisə etdikdə hər bir ölkənin inkişafında Lider amilinin rolunu aydın şəkildə  görürük. Müstəqilliyimizin bərpasının ilk illəri hakimiyyətsizlik dövrü kimi xarakterizə edilir. Azərbaycan müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsini yaşayırdı. Xalqın sabaha ümidi itmişdi. Ölkədə xaos, anarxiya hökm sürür, digər tərəfdən isə torpaqlarımız işğal edilirdi. Belə bir çətin dövrdə Ümummilli Lider Heydər Əliyev xaqının səsinə səs verdi. 1993-cü ildə dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bugünkü uğurlarımızın əsası oldu. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və  xalqın qurtuluşu missiyasının uğurlu icrası istiqamətində mühüm addımlar atdı.  “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” söyləyən Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi, iqtisadi inkişafın təmin edilməsi üçün imkanlar yaradıldı. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.

Dövlət başçısı İlham Əliyev bildirir: “Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi.” Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət, təkmil islahatlar ölkəmizin qarşısında yeni imkanlar açır, zirvələri fəth etməsini şərtləndirir.    Azərbaycan güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınır. Bu gün qalib, ərazi bütövlüyü və suverenliyi tam təmin edilən  Azərbaycanın uğurlarından, yaratdığı reallıqlardan bəhs edirik. Bu tarixi Zəfər Heydər Əliyev siyasətinin təntənəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən böyük qürur hissi ilə ata vəsiyyətini yerinə yetirdiyini bildirdi. Tarixi Qayıdışdan başlanan yol Azərbaycana möhtəşəm uğurlar, Zəfərlər qazandırır. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdanda bu çağırışı etmişdir ki, bu çətin günləri keçib gedəcəyik. Vaxt gələcək hər kəs güclü, qüdrətli Azərbaycanın vətəndaşı olduğu üçün qürur duyacaq. Bugünümüzün reallıqları bu əminliyin təsdiqidir. Ulu Öndərin şah əsəri olan müasir müstəqil Azərbaycan Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə hər bir hədəfə doğru inamla addımlayır. Cənab İlham Əliyev daim bildirir ki, əldə olunan uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq.

Tarixi Zəfərimizdən sonra, 2021-ci ilin 15 İyun-Milli Qurtuluş Günü növbəti tarixi hadisə ilə yadda qaldı. Dost, qardaş ölkələr olan Azərbaycan və Türkiyə Şuşanın şahidliyi əsasında Müttəfiqlik Bəyannaməsinin imzalanması ilə münasibətlərinin gələcək inkişafının yol xəritəsini təqdim etdilər.  Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə imzaladığı Şuşa Bəyannaməsi adında  bütün məqamları ehtiva edir. Belə bir sənədə məhz Şuşada imza atılması İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni reallıqlar fonunda dünyaya bir çox mesajları çatdırdı. Sənədin imzalanmasında məkan təbii ki, əhəmiyyətli rol oynayır. Bu, tarixdir. Bu, Qarabağımızın təqdimatı, torpaqlarımızın tarixi sahibinə qayıtması, ərazi bütövlüyümüzün bərpası, Qarabağın tarixə qovuşması, ən əsası yeni səhifənin açılaraq mədəniyyət pataxtımızın imzalar arasında imzasının görünməsi və təsdiqidir.  Qarabağın tacı olan Şuşamızın həyatında yeni mərhələnin başlanğıcı, dirçəlişinin mühüm səhifəsidir. Böyük öndərlər  Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir”, Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fikirlərinin ardınca dövlətimizin başçısı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşadan dünyaya bu mesajları çatdırdılar: “Bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik, necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq”, “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür”.

Cənab İlham Əliyev iyunun 6-da TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarını qəbul edərkən də bu birliyin sarsılmazlığından bəhs etdi. Vurğuladı ki,  bugünkü Türk Dövlətləri Təşkilatının tarixçəsinə baxsaq görərik ki, bu, böyük yol keçmiş bir təşkilatdır. Sovet İttifaqı dağılanda Türkiyənin təşəbbüsü ilə belə bir əməkdaşlıq, işbirliyi çərçivəsi yaradıldı: “Mən 20 ildir ki, ölkə Prezidenti kimi bu prosesdə fəal iştirak edirəm. Bu 20 il ərzində mən bizim təşkilatımızın müxtəlif mərhələlərini nəinki görmüşəm, bunu yaşamışam. Müxtəlif dövrlər var idi. Vaxt var idi ki, Zirvə görüşləri bir neçə il keçirilmirdi. Vaxt var idi müxtəlif səbəblərə görə ölkələrin bəziləri bu quruma o qədər də böyük maraq göstərmirdi. Ancaq mən bildirməliyəm, bunu indi hər kəs bilir, Azərbaycan olaraq bütün bu 20 il və ondan əvvəl rəhmətlik atamın dövründə Azərbaycan bu qurumun möhkəmləndirilməsi, birləşməsi və təşkilata çevrilməsi işində çox fəal idi. Təsadüfi deyil ki, bugünkü Türk Dövlətləri Təşkilatının təşkilata çevrilməsi prosesi də Naxçıvanda başladı. Mənim təşəbbüsümlə Zirvə görüşünün qədim Türk dünyası olan Naxçıvanda keçirilməsi böyük məna daşıyırdı. Orada əldə edilmiş qərarlar əsasında biz inkişaf edirik və ondan sonra bu şuranın təşkilata çevrilməsi müəyyən zaman tələb etmişdir. Amma bu gün Allaha şükürlər olsun ki, bu təşkilat var.”

O da qeyd edildi ki, təşkilatın gələcək fəaliyyəti üçün birinci təşəbbüsü yenə də Azərbaycan göstərdi. Türk Dövlətləri Təşkilatının fəaliyyətini gücləndirmək üçün mövcud büdcə yetərli deyil və Azərbaycan birtərəfli qaydada 2 milyon dollar əlavə töhfə, yəni ianə verib. İyul ayında Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünə qədər  bu vəsait qurumun Türk Dövlətləri Təşkilatının hesabına oturacaq: “Bu, nəyi göstərir? Çünki biz bu təşkilatı gücləndirməliyik. Zirvə görüşləri təbii ki, ən yüksək səviyyəli tədbirdir, TÜRKPA önəmli tədbirdir. Bizim TÜRKSOY-umuz var. Bizim Türk Mədəniyyəti və İrsi Fondumuz var, digər təsisatlar var, akademiyamız var, ona görə təşkilat daha da böyüməlidir. Həm orada hər ölkədən daha çox insan çalışmalıdır, həm də bu təşkilatın beynəlxalq əlaqələri gücləndirilməlidir. Biz bütün beynəlxalq tədbirlərdə iştirak etməliyik. Yəni bizim yolumuz budur.”

DİGƏR Xəbərlər Arxiv