YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəngilanda YAP-ın yaradılmasının 33-cü ildönümü qeyd olunub

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının və Zəngilan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə YAP-ın təsis edilməsinin 33-cü ildönümünə həsr olunmuş “Azərbaycanın siyasi sabitlik xəttində 33 illik imza” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, Ümummilli Liderin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Giriş sözü ilə çıxış edən Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü münasibətilə təbrik edib. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycanın inkişaf strategiyasının müəllifidir. Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan qüdrətli və qalib ölkəyə çevrilib. Vətən müharibəsində 30 illik işğala son qoyulması Müzəffər Ali Baş Komandanın qətiyyətinin, Azərbaycan Ordusunun gücünün və qüdrətinin ifadəsidir.

YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli və məsuliyyətli tarixi yoldan danışıb. Qeyd olunub ki, müstəqil Azərbaycanda Heydər Əliyev missiyası şərəflə, məsuliyyətlə, fədakarlıqla davam etdirilir. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə möhtəşəm uğurlar qazanıb. Azərbaycanın bugünkü iqtisadi inkişafı, sabitliyi, qüdrətli orduya malik olması, regionda lider dövlətə çevrilməsi, dünyada söz sahibi olması kimi tarixi nailiyyətlər məhz ölkə rəhbərliyinin praqmatik daxili və xarici siyasət kursu ilə əlaqədardır.

Daha sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar təqdim edilib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himnin səsləndirilməsi ilə yekunlaşıb.