Xəbərlər
“Heydər Əliyev irsi: dahilik, zaman və müasirlik”
Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı Şəmkir Rayon Mərkəzi Xəstəxanası ərazi partiya təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi: dahilik, zaman və müasirlik” mövzusunda tədbir keçirib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və digərləri Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən geniş bəhs ediblər. Natiqlər vurğulayıblar ki, Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Bu gün Azərbaycan Heydər Əliyevin müəyyən etdiyi yolla öz gələcəyinə doğru inamla addımlayır. Ümummilli Lider Heydər Əliyevin zəngin irsi əsasında və Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qüdrəti, beynəlxalq nüfuzu daha da artmışdır.
Tədbirin sonunda ərazi partiya təşkilatının bir neçə fəal üzvünə plaketlər təqdim olunub.