YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var

Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatı və Qusar rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Qusar rayon Mərkəzi Xəstəxanasında keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və oftalmoloq-alim Zərifə Xanım Əliyevanın xəstəxananın foyesində yerləşən guşələrinə gül dəstələri düzülüb.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov, Qusar rayon Mərkəzi Xəstəxanasının direktoru Kamil Hacıyev, YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, Rayon Mərkəzi Xəstəxanası ərazi partiya təşkilatının sədri Natəvan Butayeva və həkim-oftalmoloq Gülər Musayeva akademik Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olduğunu vurğulayıb, onun yüksəkixtisaslı səhiyyə kadrların hazırlanmasına böyük əmək sərf etdiyi deyiblər.

Tədbirin sonunda akademik Zərifə xanım Əliyevanın şərəfli ömür yolundan bəhs edən videoçarx nümayiş olunub.

DİGƏR Xəbərlər Arxiv