YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Anar Məmmədov şəhid ailəsini ziyarət edib

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunun Qaynaq kəndində Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri, Şuşa istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuş Cahangir Hətəm oğlu Surxayzadənin ailəsini ziyarət edib. Görüşdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və şəhid ailələrinin üzvləri iştirak ediblər. 

Anar Məmmədov şəhidin valideynlərinə baş sağlığı verib, millət vəkili 44 günlük Vətən müharibəsində ordumuzun tarixi Qələbəsindən bəhs edib. O, şəhid ailələrinə, qazilərə və veteranlara ölkə rəhbərliyinin göstərdiyi hərtərəfli diqqət və qayğıdan danışıb.

Şəhidin ailə üzvləri bu kateqoriyadan olan şəxslərə göstərilən qayğıya görə, Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

DİGƏR Xəbərlər Arxiv