YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Yaranmış vəziyyət üçün bütün məsuliyyət Ermənistanın üzərinə düşür

«Son vaxtlar xaricdəki erməni diasporu tərəfindən səslənən bəyanatlar    Ermənistanda rejim əleyhinə  genişlənən hərəkatı zəiflətmək, diqqəti daxili problemlərdən uzaqlaşdırmaq məqsədi güdür». Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, erməni tərəfi daxili gərginliyi azaltmaq üçün Azərbaycan haqqında böhtan məlumatlar yayırlar. Onun sözlərinə görə, hakimiyyət işğalçılıq siyasətindən əl çəkmək niyyətində deyil.

«Ermənistan təcavüzkar dövlətdir və Azərbaycanın ərazilərini işğal edib. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirmir. Yaranmış vəziyyət üçün bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Ermənistan işğal edilmiş Azərbaycan torpaqlarını boşaldarsa, münaqişə dinc yolla həll edilərsə, onda Azərbaycan hərb variantından istifadə etməyəcək»- deyə, M.Qasımlı qeyd edib.

DİGƏR Xəbərlər Arxiv