YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qobustan rayonunda seçicilərlə növbəti görüş...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 28-də Qobustan rayonunun  Ərəbqədim, Göydərə, Nardərən kəndlərindən olan seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov, YAP Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca və təşviqat qrupunun üzvü Mehman Rəcəbov çıxış ediblər. Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər  Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub.  Dövlətimizin qazandığı Zəfərlə regionda yeni reallıqların yarandığını deyən natiqlər Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacağını vurğulayıb, seçiciləri fevralın 7-də müstəqil Azərbaycanın firavanlığı naminə qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə dəvət ediblər.

Tədbir Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, təşviqat qrupunun üzvləri Qobustanda fərdi görüşlər keçiriblər.  

DİGƏR Xəbərlər Arxiv