YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Samuxda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının, Samux Rayon İcra Hakimiyyətinin və Samux rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”: dövlət siyasətinin əsas istiqamətləri” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədr müavini Sevinc Xəlilova bildirib ki, şəhərsalma və memarlıq ölkənin sosial-iqtisadi inkişafının mühüm istiqamətlərindən biridir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda şəhər mühitinin, yaşayış məntəqələrinin simasının yenilənməsi və əhalinin rahat yaşayış şəraitinin təmin edilməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Ölkəmizdə “Şəhərsalma və Memarlıq İli”nin elan olunması da bu sahəyə dövlət səviyyəsində göstərilən diqqətin növbəti ifadəsidir. Müasir şəhərsalma yalnız yeni binaların və yolların inşası ilə məhdudlaşmır, eyni zamanda insanların təhlükəsiz, rahat və ekoloji cəhətdən əlverişli mühitdə yaşamasını nəzərdə tutur. Bu baxımdan vahid şəhərsalma prinsiplərinin tətbiq edilməsi mühüm önəm kəsb edir”.

Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nüranə Həsənova vurğulayıb ki, Azərbaycanın şəhərsalma və memarlıq ənənələri qədim tarixə malikdir: “Ölkəmizin müxtəlif bölgələrində qorunub saxlanılan tarixi-memarlıq nümunələri xalqımızın zəngin mədəni irsinin mühüm hissəsidir. Tarixi irsin qorunması ilə yanaşı, müasir memarlıq üslublarının tətbiqi də şəhərlərin inkişafında xüsusi əhəmiyyət kəsb edir. Dövlət siyasətinin əsas istiqamətlərindən biri də şəhərsalma prosesində milli memarlıq xüsusiyyətlərinin qorunması və müasir tələblərlə uzlaşdırılmasıdır”.

Partiya fəalları Elvar Səfərov, Tural Qurbanov və Lalə Məmmədova şəhərsalma və memarlıq sahəsində həyata keçirilən dövlət siyasətinin önəmindən bəhs ediblər. Çıxışlarda müasir şəhərlərin planlaşdırılmasında yaşıllıq ərazilərinin artırılması, ictimai məkanların genişləndirilməsi, nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi və insanların rahatlığının təmin olunmasının vacibliyi qeyd edilib.

Tədbirdə “Şəhərsalma və Memarlıq İli”nin ölkəmizdə bu sahənin inkişafına yeni impuls verdiyi, şəhərlərin daha müasir, rahat və dayanıqlı yaşayış məkanlarına çevrilməsinə mühüm imkanlar yaratdığı vurğulanıb.

DİGƏR Xəbərlər Arxiv