Xəbərlər
Milli Məclisin deputatı Anar Məmmədov şəhid ailəsini ziyarət edib
Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunda şəhid Elvin Şamil oğlu Abbasovun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.
Görüşdə millət vəkili 44 günlük Vətən müharibəsində misilsiz şücaət göstərən şəhidlərin mənalı ömür yolunun gənc nəsil üçün örnək olduğunu bildirib. O, rəşadətli Azərbaycan Ordusunun Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli torpaqlarımızı azad edərək tarixi Zəfərə imza atdığını qeyd edib.
Anar Məmmədov şəhid anası Sevil Abbasovanı 60 illik yubileyi münasibətilə təbrik edib.
Şəhidin ailə üzvləri bu kateqoriyadan olan şəxslərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnnətdarlıqlarını ifadə ediblər.
