YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Neftçala rayon təşkilatının fəalları işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatının fəalları işğaldan azad edilmiş ərazilərə səfər ediblər.

YAP Neftçala rayon təşkilatı tərəfindən təşkil edilən səfərdə iştirakçılar Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə yerində tanış olub, tarixi-mədəni irsimizin yenidən dirçəldilməsinə şahidlik ediblər. Qarabağın müxtəlif şəhər və rayonlarında olmaq, illər sonra bu torpaqlarda Azərbaycanın üçrəngli bayrağının dalğalanmasını görmək səfəri daha yaddaqalan və qürurverici edib.

Səfər çərçivəsində iştirakçılar Ağdam Cümə Məscidini, Ağdam Şəhidlər Xiyabanını, Əsgəran Qalasını, Xankəndi şəhərində Qarabağ Universitetini, Zəfər Meydanını, Zəfər Parkını, Şuşa şəhərində Cıdır düzünü, Molla Pənah Vaqifin məqbərəsini, Yuxarı Gövhər Ağa Məscidini, Güllələnmiş heykəlləri, Xurşidbanu Natəvanın ev-muzeyini, Natəvan bulağını, Şuşa qalasını, İsa bulağını ziyarət ediblər.

İştirakçılar Qarabağın keçmişi və bu günü ilə bağlı zəngin məlumatlar əldə edib, tarixi məkanlarla tanış olmaqla yanaşı, burada aparılan bərpa və quruculuq işlərini də yaxından izləyiblər. Partiya fəalları belə səfərlərin ölkəmizin tarixi, mədəniyyəti və təbiəti ilə daha yaxından tanış olmaq, eyni zamanda kollektivdə birlik və komanda ruhunu gücləndirmək baxımından əhəmiyyətli olduğunu qeyd ediblər.