YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Dövlət Proqramının əsas məqsədləri turizm bazarında rəqabətqabiliyyətli turizm məhsullarının təqdim edilməsi, turizm sahəsində idarəetmə və tənzimləmənin təkmilləşdirilməsi, regionlarda turizmin inkişafının təşviq edilməsi, həmçinin effektiv brendinq və marketinq fəaliyyətinin təşkili ilə bağlıdır.

Sərəncama əsasən, Nazirlər Kabineti altı ay müddətində Dövlət Turizm Agentliyinin təklifləri əsasında “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsi ilə bağlı təkliflərini dövlət başçısına təqdim etməlidir.

Həmçinin üç ay müddətində turizm fəaliyyəti ilə bağlı layihələrə investisiya təşviqi sənədinin verilməsi və bu mexanizmin turizm sektorunun xüsusiyyətləri nəzərə alınmaqla təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanmalıdır.

Nazirlər Kabinetinə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsi, onların icrasına nəzarət və görülən işlər barədə ildə bir dəfə Prezidentə məlumat verilməsi tapşırılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hava nəqliyyatının turizmin inkişafına töhfəsinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində Nazirlər Kabinetinə təqdim edəcək.

Dövlət Turizm Agentliyinə Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.

Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi Dövlət Turizm Agentliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsinin və dövlət investisiya proqramlarının hazırlanması zamanı zəruri vəsaitin nəzərdə tutulması istiqamətində tədbirlər görəcəklər.

Dövlət Proqramının icrasının monitorinqi və qiymətləndirilməsi isə Dövlət Turizm Agentliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.

DİGƏR Xəbərlər Arxiv