YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şirvanda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Şirvan şəhərində seçicilərlə görüşlər keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Görüşdə YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Musa Quliyev, YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva, təşviqat qrupunun üzvləri Adəm Hüseynov, Aynur İbrəhimova, Fəxrəddin Rəhimov, Əbülfət İsmayılov, Namidə Nərmini və Alma Cəfərova çıxış ediblər.

Çıxışlarda bildirilib ki, cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət Azərbaycanı bugünkü qüdrətinə çatdırdı.  20 ildə həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin etmiş, ölkəmizin beynəlxalq nüfuzu yüksəlmiş, dünyada strateji əhəmiyyəti artmışdır.

Natiqlər seçiciləri qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, Ulu Öndər Heydər Əliyevin siyasi varisi, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi dəstəkləməyə çağırıblar.

Seçicilər yekdilliklə Qarabağda Azərbaycan bayrağı ucaldan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, yanvarın 22-də şəhid Kamran Fərəcovun ailəsi də ziyarət olunub.