YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanı qalib ölkə, xalqımızı müzəffər xalq edən Lider

Astara rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Astara rayonu Kakalos kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov, təşviqat qrupunun üzvləri Natiq İbadov, Famil Abdullayev  çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfər xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız müzəffər xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni geostrateji reallıqlar yarandı. 

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər isə bildiriblər ki, fevarlın 7-də seçki məntəqələrinə gedərək qalib Lider İlham Əliyevə səs verəcəklər.